AZ

Nikol Paşinyan: “Elə vəziyyət yaratmalıyıq ki, müharibə olmasın”

“Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil.  Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Gümrüdə öz partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib.

“Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaradaq ki, müharibə sadəcə qeyri-mümkün olsun.  Bu, çox çətin məsələdir, hamımızın çox səbrə ehtiyacı var, bugünkü söhbətə görə sizə təşəkkür etmək istəyirəm”.

Paşinyan qeyd edib ki, onlar hakim partiya olaraq siyasi düşüncələrindən istifadə etməli, partiya üzvləri hər hansı ideyanı ifadə etməkdən çəkinməməlidirlər:

“Bu, həqiqətən də böyük tarixi və siyasi missiyadır və mən istəyirəm ki, heç biriniz bu tarixi missiyanı yerinə yetirməkdə öz tarixi rolunuzu bir millimetr  dəyərsizləşdirməyəsiniz”.

Bizim.Media
 

phrase_var_article.chosen
21
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close