AZ

“Real” onunla təmas qurub

Trent Aleksander-Arnold yeni mövsümə “Liverpul”da başlamaya bilər.

“Real” ingilis müdafiəçini transfer edə bilər. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun bildirdiyinə görə, Madrid klubu ingiltərəli futbolçunu yaxından izləyir. Qeyd edək ki, Trentin xidmətində Avropanın daha bir neçə klubu da maraqlıdı.

Aleksander-Arnoldun “Liverpul”la müqaviləsinin müddəti gələn ilin yayına qədərdi. Hazırda onun sözləşməsinin yenilənməsi ilə bağlı danışıqların aparılmadığı bildirilir. “Real”ın bundan yararlanaraq futbolçu ilə təmas qurduğu vurğulanıb.

2016-cı ildən “Liverpul”da çıxış edən müdafiəçi bu mövsüm klubunda 29 oyuna 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
21
14
Mənbələr
Şərh ()
Bağla