AZ

Simeone Felikslə bağlı qərarını verdi...

...“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone bu mövsüm icarə əsasında Kataloniya "Barselona"sında çıxış edən portuqaliyalı hücumçu Joao Feliksin gələcəyi ilə bağlı qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, Sport.es xəbər verir ki, argentinalı mütəxəssis komandasında hücumçuya yer görmür.

Simeone klubdan yay transfer pəncərəsində portuqaliyalını satmağı tələb edir.

Deməli, Feliks "Barselona"da oynamağa davam edə bilər. Amma məsələ bundadır ki, Kataloniya klubu futbolçunun tam transferini ödəyə bilmir, lakin onun icarə müddətini uzatmağa hazırdır.

Yeri gəlmişkən, bu mövsüm hücumçu 34 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Nazlı

phrase_var_article.chosen
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close