AZ

"Azərbaycanla matç daha çətin olacaq" – Bolqar hücumçu

Bolqarıstan "FIFA series-Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığmanın futbolçusu Martin Minçev turnirdə növbəti rəqibləri olan Azərbaycan seçməsi haqda fikirlərini bildirib.

23 yaşlı hücumçu millimizlə oyunun daha çətin olacağını deyib:

"Tanzaniya ilə oyunda vacib qələbə qazandıq. İlk hissədə qol vursaydıq, hesab fərqli olardı.

Daha yaxşı komandalarla oynayanda diqqət daha yaxşı olur. Uzun müddət sonra qələbə vacib idi.

Qarşıda növbəti oyun var. Azərbaycanla matç daha çətin olacaq".

Azərbaycan - Bolqarıstan qarşılaşması 25 mart tarixində saat 20:00-da baş tutacaq.

phrase_var_article.chosen
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close