AZ

Qızı ağlasığmaz hərəkəti ilə Ancelina Colini MƏƏTTƏL QOYUB - FOTO

Dünyaca məşhur aktrisa Ancelina Colinin qızı Şaylo hərəkəti ilə anasını sözün həqiqi mənasında məəttəl qoyub.

Bizim.Media xəbər verir ki, Ancelinaya yaxın olan mənbənin "In Touch Weekly" nəşrinə verdiyi məlumatda bildirib ki, 17 yaşlı Şaylonun atası Hollivud ulduzu Bred Pittin yanına köçməyə hazırlaşır.

“Bu Şaylonun Ancelinanın evində bədbəxt olması anlamına gəlmir. Onun tezliklə 18 yaşı tamam olur və Şaylo həyatında nəyisə dəyişmək istəyir. Bundan əlavə, o, Bredi pərəstiş edir və həmişə "atasının qızı" olub”, - deyə mənbə nəşrə bildirib.

İnsayderin əmin olduğu kimi, Pitt qızının qərarını biləndə sevincdən "göyün yeddinci qatı"nda olub. Amma qızın bu addımı onun keçmiş həyat yoldaşı Ancelinanın heç də xoşuna gəlməyib.

“Ancelina bilir ki, Şaylo böyüyür və özü qərar verə bilir. Təbii ki, bu qərardan Ancelina xoşbəxt deyil”, - deyə mənbə əlavə edib.

Şaylo mayın 27-də yetkinləşəcək və onun bu addımına çox az vaxt qalıb. 

İnsayder əlavə edib ki, qız anasına baş çəkməyə söz verib, çünki Pitt və Coli Los-Ancelesin dəbli Los Feliz rayonunda qonşuluqda yaşayırlar. Amma yəqin ki, aktrisa hələ də çətin anlar yaşayacaq. Axı onun qızı təkcə atası ilə qalmayacaq, həm də bu yaxınlarda aktyorun yanına köçən gənc sevgilisi İnes de Ramonla görüşəcək. 

Xatırladaq ki, bundan əvvəl Bred keçmiş həyat yoldaşının qəzəbindən qorxaraq uşaqları yeni sevgilisi ilə tanış etməyib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt toylarından iki il sonra, 2016-cı ildə boşanıblar. Onların altı övladı var: övladlığa götürülmüş Paks, Maddoks, Zahara və bioloji Şaylo, Vivyen və Knoks. 



Rəşad Əliyev, Bizim.Media
 

Seçilən
69
5
Mənbələr
Şərh ()
Bağla