AZ

ABŞ Konqresi müvəqqəti büdcəni qəbul etdi: Bəs Ukraynaya yardım paketini nə vaxt təsdiq edəcək?

Nəhayət ki ABŞ Konqresi müvəqqəti büdcələrin uzadılması prosesinə son qoyublar və 1.2 trilyon dollar dəyərində illik büdcəni qəbul etdilər.

Nümayəndələr Palatasında:

286 səs lehinə(185 demokrat+101 respublikaçı), 134 səs əleyhinə(112 respublikaçı+22 demokrat).

Senatda:

74 səs lehinə(49 demokrat+25 respublikaçı), 24 səs əleyhinə(22 respublikaçı+2 demokrat).

Bayden sənədi imzalandı və illik büdcə qanuni qüvvəyə mindi.

Sirk isə sonra başladı. Ən sadiq trampçı sayılan konqresvumen Teylor-Qrin spiker Mayk Consonu demokratlarla işbirlikdə ittiham edərək, onun spiker vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan rəsmi təşəbbüsü irəli sürdü.

Eyni ssenari Kevin Makkartiyə qarşı işə salınmışdı və Makkarti vəzifəsini itirmişdi.

Növbəti gediş demokratlardadır, əgər onlar Consonu dəstəkləməsələr Conson spiker vəzifəsilə vidalaşacaq.

İndi isə çox asan sual səsləndiriləcək: demokratlar Mayk Consonu hansı təqdirdə dəstəkləyə bilərlər? Bəli, Consonun N/P-də Ukraynaya yardımı nəzərdə tutan qanunun səsverməyə çıxarılması təqdirdə.

P.S. Trampçılar hesab edirlər ki, əgər ABŞ-da "şatdaun"(hökumətin büdcədən maliyyələşməsinin dayandırılması) olsa, Trampın seçkilərdə qələbə ehtimalı artacaq. Trampın qələbəsini, ABŞ-ın milli maraqlarından üstün tuturlar.

P.P.S. Teylor-Qrinin, Trampın icazəsi olmadan Consonu vəzifədən kənarlaşdırılması təşəbbüsünü irəli sürməyinə inanmaq sadəlöhvlükdür.

Politoloq Kamran Cəfərov

visiontv.az



Seçilən
18
Mənbələr
Şərh ()
Bağla