AZ

İki oyun, cavabsız suallar... - ŞƏRH

Yığma dünən Bakıda "FİFA series – Edition 2024" layihəsi çərçivəsində ikinci oyununu keçirdi.

İlk matçda Monqolustanı minimal hesabla (1:0) məğlub edən komandamızın növbəti rəqibi nisbətən güclü Bolqarıstan idi.

Müvəqqəti baş məşqçi Arif Əsədovun qurduğu start heyətinə nəzər saldıqda belə düşündük: müdafiə xətti möhkəmdisə, hücumda ələ düşən imkanlardan maksimum yararlanmaqdan başqa çarə yoxdu. Düzü, buna görə mütəxəssisi qınamaq çətindi. Çünki düşərgəyə çağrılan hücumçulardan heç biri cari mövsümdə parlaq oyun göstərə bilmir.

İlk dəqiqələr Arif Əsədovun planladığı kimi irəliləsə də, hesabı açmq mümkün olmadı. Şansları puç edən futbolçular çox keçmədən müdafiəyə çəkilməli oldu. Çünki bolqarlar təzyiqi artırmışdı. Onlar cinah hücumları vasitəsi ilə komandamızın müqavimətini qırmağa çalışırdı. Lakin yığma oyunun axarına uyğunlaşmağa macal tapdı. Birinci hissədə Bəhlul, Toral, Renat, Ramil, Eddi, Bədavi, Coşqun qol şansını qaçırdı. Hakim qərarlarına gəlincə, estoniyalı Kristo Tohver Ramilin zərbəsindən sonra topun Aleksandr Kolevin açıq əlinə dəydiyini görmədi. Halbuki “nöqtə”ni göstərməliydi.

2-ci hissə qonaqların baş məşqçisi İlian İliyein dəyişiklikləriylə başladı. Onun dəyişiklikləri komandasını gücləndirmədi, əksinə, yığmamız daha inamlı təsir bağışladı. 59-cu dəqiqədə hakimin növbəti haqsızlığına şahidlik etdik. Tohver meydanı tərk edən topun sonuncu dəfə Filip Krastevə yox, Bədaviyə toxunduğunu düşünüb künc zərbəsi təyin etdi. Bizimkilər hakimin qərarını dartışarkən qonaqlar topu oyuna daxil edib fərqləndi. Ardından Bəhlul, Ceyhun və Bədavi hesabı bərabərləşdirə bilməsə də, Musa vəzifəsinin öhdəsindən gəldi. 70-ci dəqiqədə Renatı əvəz edən hücumçu Ceyhunun ötürməsini qola çevirdi. Matç Ozobiçin 90+5-ci dəqiqədə təxminən 20 metrlik məsafədən bəxtini sınamasıyla başa çatdı. Təəssüf ki, burda top tirin üzərindən keçdi.

Matçın əsas rəqəmləri:
15 (5) qapıya ("çərçivə"yə) zərbə 7 (2)
9 korner 8
1 ofsayd 0
8 qayda pozuntusu 15
3 (0) sarı (qırmızı) vərəqə 3 (0)
60 topa sahibolma (faizlə) 40
Xəyali turnir cədvəlinə də baxaq:
Azərbaycan 2 1 1 0 2-1 4
Bolqarıstan 2 1 1 0 2-1 4
Tanzaniya 2 1 0 1 3-1 3
Monqolustan 2 0 0 2 0-4 0

Arif Əsəsovun və komandasının sınaqdan üzüağ çıxdığını iddia etmək mümkündümü? Monqolustanı 1:0 hesabıyla məğlub etmək uğurdumu? Saysız-hesabsız fürsətlərin boşa verilməsini kimin ayağına yazaq? Rəqəmlərdəki üstünlük niyə hesabda əksini tapmır? Millərlər Liqasının oyunlarına qədər bu suallara cavab tapmaq lazımdı.

KƏNAN BAHADIR

phrase_var_article.chosen
39
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close