AZ

Ahıl kişini öldürərək basdıran usta yenidən məhkəmə qarşısına çıxarılır

Sumqayıt şəhərində 82 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 28-nə təyin edilib.

 

İttihama görə, taxta ustası olan S.Abbasov Nadir Rzayevin tikdirdiyi fərdi yaşayış evində mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və işə başlayıb. 

 

Lakin tərəflər arasında ödənişlə bağlı bir neçə dəfə mübahisə yaranıb. Ötən il avqustun 17-də usta ilə ev sahibi arasında yenidən narazılıq baş verib. S.Abbasov 81 yaşlı ev sahibinin başından taxta parçası ilə zərbə endirib. Ev sahibi müvazinətini itirərək yerə yıxılıb. Usta ahıl kişini köməksiz vəziyyətdə qoyaraq qapını kilidləyib və hadisə yerindən uzaqlaşıb. 

 

Ertəsi gün onun  ölüb-ölmədihyini müəyyənləşdirmək üçün yenidən həmin ünvana gəlib. O, ev sahibinin öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sürüyərək çölə çıxarıb, həyətdəki yardımçı tikilidə basdırıb. 

 

Mərhum N.Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.

 

Törətdiyi cinayət əməlinə görə, S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 27 Mart 2024, 08:12   
phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close