AZ

Benzia Əlcəzair üçün dubl etdi

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia növbəti dəfə fərqlənib. Uzun faslədən sonra Əlcəzair millisinə çağırılan futbolçu ardıcıl 2-ci oyunda qol vurub.

Futbolinfo.az xəbər verr ki, Benzia bu dəfə daha məhsuldar oynayıb. O, CAR-la yoldaşlıq matçında komandasının bütün qollarında iştirak edib.

3:3 hesabıyla bitən görüşdə Yassin 22-ci dəqiqədə hesabı açıb, 70-ci dəqiqədə oyunda son nöqtəni qoyub. 29 yaşlı oyunçu digər qolun da məhsuldar ötürməsini verib.

Benzia 4 gün öncə Bolviya ilə matçda (3:2) da 2-ci qolun müəllifi olmuşdu.

Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla