AZ

Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları regionda sülh quruculuğu səylərinə xələl gətirir - XİN

Bakı. Trend:

Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onunbəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmalarıvə fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadəedib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlərNazirliyindən bildirilib.

"Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edənsülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o,münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zamankonstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ciil tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmişsərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistanarasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfərmülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqıMonitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsiAzərbaycan tərəfindən xahiş olunub.

Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanınrazılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və dahaçox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM)çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğataləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə,Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyasıxüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindiriciqüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkünmüdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur", -məlumatda deyilir.

Bildirilib ki, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tamşəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyətgöstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünəqarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu vəya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsinitəmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİtərəfinə ciddi şəkildə çağırış edilib:

"Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi,Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbitəchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla)dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər birüzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığındərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, AvropaSülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsiplanları və aprelin 5-də keçiriləcək toplantının hərbikomponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıqdoğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün,işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMTTəhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal,tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinəbaxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstəkalmayıb".

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla