AZ

Türkiye mətbuatı: 27 mart 2024

''Hürriyet'': Türkiye Xarici İşlər Nazirliyi: ''Bütün səviyyələrdə proseslər izlənilir”

Türkiyenin Xarici İşlər Nazirliyi terror təşkilatı PKK tərəfdaşlarının Belçikanın Leuven şəhərində Türkiye vətəndaşlarını hədəf alması ilə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda  bu ifadələrə yer verilib: ''Yaşananlar bir daha göstərdi ki, PKK terror təşkilatı Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid edir”.
Məlumata görə, Belçikanın Leuven şəhərində toplaşan PKK üzvləri Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiye vətəndaşlarına hücum edib. Hücum nəticəsində həyatını itirənlər olmasa da, bəzi Türkiye vətəndaşları xəsarət alıb.

''Sabah'': Nazir Mehmet Fatih Kacır: ''Türk xalqı səmaya öz imzasını atdı''

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin 2000-ci illərdə güclü iradə ilə səmaya öz imzasını atan layihələr həyata keçirdiyini ifadə edərək deyib: "Türkiye Bayraktar, Anka, Akasunqur, Akıncı, Hürkuş, Hürjet, Atak, Gökbey, Kızılelma və Kaanı istehsal edərək səmaya öz imzasını atdı''.

''Vatan'': 2 ayda İstanbula 2 milyon 457 min turist gəlib

Türkiyenin ən çox turist qəbul edən şəhərlərindən biri olan İstanbul ilin ilk 2 ayında 2 milyon 457 min 518 xarici ziyarətçiyə ev sahibliyi edib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yanvar və fevral aylarında İstanbula gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8,08 faiz artıb.
İlk 2 ayda Türkiyeyə gələn 4 milyon 341 min 606 turistin yarısını qəbul edən İstanbul fevral ayında daha çox rus turistlər tərəfindən ziyarət edilib.

''Star'': ANKA üçüncü uçuşunu həyata keçirdi

Türkiyenin Aerokosmik Sənayesi  ANKA-nin üçüncü uçuşunu həyata keçirdiyini açıqladı. Məlumata görə, ANKA ikinci uçuşu zamanı  10 min fut yüksəkliyə qalxıb.

''Haber Türk'': Eda Erdem Dündar "Beynəlxalq Cəsur Qadınlar" mükafatına namizəddir

Qadınlar üzrə Milli Voleybol Komandası ilə yanaşı Fənərbaxça Opetin kapitanı olan Eda Erdem Dündar ABŞ Dövlət Departamenti tərəfindən verilən "Beynəlxalq Cəsur Qadınlar" mükafatına namizəd olub.



Seçilən
145
5
Mənbələr
Şərh ()
Bağla