AZ

"Rusiya sərhədçilərinin "Zvartnots"dan çıxarılması məsələsi həll olunub" - Simonyan 

“Rusiya sərhədçilərinin "Zvartnots" aeroportundan çıxarılması məsələsi həll olunub. Onlar avqustun 1-də "Zvartnots"u tərk edəcəklər”. 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmirlər: 

"Bu, artıq Ermənistan üçün qərarlaşdırılmış mövzudur, məncə, burada heç bir müzakirə aparılmır. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, idarələrarası saziş idi, məqsədi həmin ərazidə erməni sərhədçilərinə kömək etmək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur".  

Bizim.Media
 

phrase_var_article.chosen
41
17
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close