AZ

“Crocus”dakı terrorda itkinlərlə bağlı 143 müraciət daxil olub


“İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində “itkin düşmə” ilə bağlı 143 müraciət alıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda deyilir.
Komitə itkin düşənlərin sayının daxil olan ərizələrin sayına uyğun olub-olmadığını dəqiqləşdirməyib.
Məlumatda bildirilir ki, indiyədək 84 cəsədin şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, “Baza” teleqram kanalı daha əvvəl məlumat verib ki, ilkin məlumatlara görə, terror aktından sonra 95 nəfər itkin düşüb. Müvafiq siyahılar yaxınların müraciəti əsasında operativ xidmətlər tərəfindən tərtib edilib.
Xatırladaq ki, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində son rəsmi məlumatlara görə, 140 nəfər həlak olub. Daha 360 nəfər, o cümlədən 11 uşaq yaralanıb.
phrase_var_article.chosen
45
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close