AZ

Kilian Mbappe: “Məni kənar səs-küy narahat etmir”

PSJ-nin və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe karyerasının davamı ilə bağlı qeyri-müəyyənliyin yaratdığı həyəcandan danışıb.

Arena.az jurnalist Adrien Qreynerə istinadən məlumat verir ki, Mbappe bu xüsusda təmkinli və diqqətcildir:

“Xarici səs-küyə əhəmiyyət vermirəm. Bütün diqqətimi növbəti oyunlara cəmləmişəm. Son həftələrdə baş verənlərin hamısını gördük – səmərəmi qorudum və vacib oyunlarda faydalı oldum. Bu, mənim əsas məqsədim olaraq qalır. Kənarda nə baş verir, qoy elə, orada da qalsın. Mən insanların sözlərinə və düşüncələrinə cavabdeh deyiləm, amma bəli, onların söhbətlərini görürəm, görürəm”, deyə Mbappe yayda “Real”a keçəcəyi mövzusunda müxtəlif söz-söhbətlərin yaratdığı mənzərədə vurğulayıb.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 297 oyun, 250 qol, 106 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

phrase_var_article.chosen
51
17
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close