AZ

İsrail ordusu Livan sərhədində bəzi yolları bağlayıb

İsrail ordusu Livan sərhədində bəzi yolları mülki avtomobillərin hərəkətinə bağlayıb.

BiG.AZ xəbər verir ki, Times of Israel qəzetindəki xəbərə görə, mülki avtomobillərin hərəkətinə bağlı olan yollar Yuxarı Qaliley bölgəsinin Livan sərhədinə yaxın əraziləridir.

Xəbərdə İsrail ordusunun Livan sərhədində bəzi yolları nəqliyyata bağlamasının bölgədə artan gərginliyin ardınca gəldiyi qeyd edilib.

İsrail ordusunun səhər saatlarında Livanın cənubunda Camaat əl-İslamiyə aid sağlamlıq mərkəzinə təşkil etdiyi hava hücumunda 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu gün səhər saatlarında Hizbullah Livanın cənubundan İsrailin şimalındakı Kiryat Şmona bölgəsinə raket hücumu təşkil edib və hücumda bir nəfərin öldüyü bildirilib.


BiG.Az
phrase_var_article.chosen
43
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close