AZ

Zaxarova: Fransa Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi güdür

Fransa Cənubi Qafqazda mövcudluğu müddətində kəşfiyyat məlumatlarının toplanması və regionda sabitliyi pozmaq kimi məqsədlər güdür.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:

"Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinə mane olmaq cəhdidir".

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, “Fransa həqiqətən regionda sülh və təhlükəsizliyi qorumağa çalışsaydı, 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi”.

Bununla belə, Zaxarovanın sözlərinə görə, Fransa “əks istiqamətdə getdi”.

Diplomat həmçinin qeyd edib ki, Paris Afrikada təhlükəsizliyi təmin edə bilməyib, ona görə də onun Cənubi Qafqazda bunu edə biləcəyinə “inanmaq sadəlövhlükdür”.

Musavat.com

phrase_var_article.chosen
44
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close