AZ

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək – FOTO

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Doğru.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Vətəndaşlar 16 aprel 2024-cü il tarixinə qədər Mil-Muğan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.

DOĞRU.AZ

image-434584314-1339164433419123-2382319618103216881-n

Seçilən
153
23
Mənbələr
Şərh ()
Bağla