AZ

Hansı çörək sağlamlıq üçün faydalıdır

...Tam taxıllı çörəklər və turş xəmirlər bağırsaqlarınız üçün düşündüyünüzdən daha yaxşı ola bilər, çünki onlar bağırsaq mikrobiomunuzun tərkibini dəyişə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Healthdigest.com yazır.

Qeyd olunur ki, Qida, Qidalanma və Kənd Təsərrüfatında Son Patentlər jurnalında dərc edilən 2020-ci il icmalı, tam taxılların bağırsaqdakı bakteriyalara necə təsir etdiyini araşdıran 35 elmi araşdırmaya baxıb.

Nəticədə, tədqiqatların əksəriyyəti tam taxıllı qidaların bifidobakteriyaların və laktobakteriyaların böyüməsini təşviq etdiyini göstərib.

Onlar karbohidratlarınızı bağırsaq selikli qişasını qoruyan, hormonları tənzimləyən və qan şəkərinin səviyyəsini sabitləşdirən yağ turşularına fermentləşdirirlər.

2019-cu ildə Frontiers in Microbiology jurnalında dərc edilən araşdırmaya görə, turş xəmir bağırsaqlarınızdakı pis bakteriyaların miqdarını azaldır. Turş xəmir həmçinin bağırsaq bakteriyalarının bəzi patogen bakteriyaları təsirsiz hala gətirən zülallar istehsal etməsinə səbəb olur.

Nazlı

phrase_var_article.chosen
57
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close