AZ

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Türkiyə cümə axşamı Qəzzaya yeni humanitar yardım gəmisi göndərəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Təxirəsalınmaz Hallar Departamentindən (AFAD) bildirilib.

“Qəzzaya humanitar yardım aparan səkkizinci gəmimiz cümə axşamı Aralıq dənizindəki Mersin limanından yola düşəcək. Bundan əvvəl Türkiyə Qəzzaya 13 təyyarə və 7 gəmi ilə humanitar yardım göndərmişdi”, - deyə məlumatda deyilir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla