AZ

İspanağın əvəzolunmaz FAYDALARI - FOTO

İspanaq orqanizmdə iltihabı azaldır və yaşlanma prosesini ləngidir.

Bu barədə Arizona Dövlət Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər. Onların araşdırmalarının nəticələri “Food & Function” jurnalında dərc olunub.

Məqalədə deyilir ki, bu məhsul həm də lutein və “A”, “C” və “K” vitaminləri ilə zəngindir. Bu qida komponentləri gözün normal fəaliyyətini, rəng qavrayışını və görmə kəskinliyini təmin etmək üçün lazımdır, həmçinin qanın laxtalanmasını tənzimləyir, dərinin, sümüklərin və ürəyin sağlamlığını qoruyur.

Alimlər ispanağın təbii antioksidant xüsusiyyətlərə malik olduğunu da qeyd ediblər.

Mütəxəssislər ispanağın bişirilmə üsulunun onun qida dəyərinə təsir etdiyini vurğulayıblar. Onların sözlərinə görə, bitkinin yarpaqlarını az yağda qızartmaq, çiy halda yemək və ya smuzilərə əlavə etmək daha yaxşıdır.

Seçilən
189
4
Mənbələr
Şərh ()
Bağla