AZ

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Fransanın əsas turizm obyektlərindən olan Strasburq kafedralı bomba qoyulması xəbərinə görə təxliyə edilib. SİA xəbər verir ki, naməlum şəxs polisə zəng edərək kilsəyə qoyulmuş bombanın axşam saatlarında partlayacağını bildirib.

Dini məbəd dərhal boşaldılıb, ərazidə axtarış aparılıb. Binanın daxilində və ətrafında axtarış zamanı heç bir təhlükəli predmet aşkar edilməyib. Bir neçə saatlıq yoxlamadan sonra kafedral yenidən ziyarətçilər üçün açılıb.

Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla