AZ

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib.

Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb.

Onun sözlərinə görə, yuxu pozğunluğunu daha çox 2-ci tip diabetli insanlar yaşayır. Bildirir ki, bu, qanda şəkərin səviyyəsinin dalğalanması ilə bağlıdır: həddən artıq aşağı səviyyə yorğunluq və yuxusuzluğa, yüksək səviyyə isə tualetə getmək üçün gecələr oyanmağa ehtiyac yaradır.

Bundan əlavə, diabet aclıq və toxluq hormonlarının - qrelin və leptinin istehsalının qarşsını alır ki, bu da xəstələrin güclü yemək istəyinə səbəb olur və onlar yata bilmirlər.

Koçiş qeyd edir ki, yüksək qan təzyiqi də yuxusuzluğun səbəblərindəndir. 

Mütəxəssis əlavə edib ki, qalxanabənzər vəzi həddindən artıq hormon istehsal edərsə, yuxu problemləri yarana bilər. Onun sözlərinə görə, bu zaman insan narahatlıq, sürətli ürək döyüntüləri və bədən termorequlyasiyasının pozulmasını hiss edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
20
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close