AZ

Azərbaycanda yeddinci sinif şagirdi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
49
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close