AZ

Müflis olan şirkətdə pulu qalanlara müraciət edildi

Azərbaycanda şirkət müflis elan edilir.
"Ölkə.Az" xəbər verir ki, "Rəvan-Turan" MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-396/2024 nömrəli iş üzrə məhkəmə baxışı keçiriləcək. 

Məhkəmə baxışı 2024-cü il aprelin 4-ü saat 11.30-a təyin edilib.
Şirkətin debitor və kreditorları bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər.
Qeyd edək ki, "Rəvan-Turan" MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İsmayılov Elşən Məmməd oğludur.
Könül
Ölkə.Az

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla