AZ

“Xalq Bank”a işçilər axtarılır

Xalq Bank
Məsafədən bankçılıq İdarəsinin Çağrı mərkəzi mütəxəssisi
Son tarix 27 apr 2024 – Müraciət et
Təsvir:

Banka daxil olan zənglərin cavablandırılması;
Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;
Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
Görülən işlər üzrə hesabatların hazırlanması;
Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər:

Ali iqtisadi təhsil;
Müştəri ilə ünsiyyət qurma bacarığı;
Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
Məsuliyyət, dəqiqlik, fəallıq;
Kompyuter proqramları ilə istifadə bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dili – mükəmməl, rus dili -mükəmməl, ingilis dili – yaşxı səviyyədə bilmək arzu olunandı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Nəzakətlik, dəqiqlik;
Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
Bank sektorunda təcrübənin olması;
Yüksək qavrama və öyrənmə qabiliyyəti.


İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi
 Son tarix 27 apr 2024 Müraciət et
Təsvir:

Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması;
Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması;
İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili;
Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;
Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;
Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s. 

Tələblər:

Hüquq sahəsində ali magistr təhsilinin olması;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi;
Kargüzarlıq işinin əsaslarını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Ofis proqramlarında işləmək bacarığı.


Maliyyə təhlili və İdarəedici hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi
 Son tarix 27 apr 2024 Müraciət et
Təsvir:

Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
Xərclərin optimallaşdırılması üzrə təkliflər.

Tələblər:

Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
Bank sektorunda minimum iki il təcrübə;
ACCA (F5, F7 – exemption olmaması şərti ilə) və CFA 1-ci səviyyə olması xüsusi üstünlükdür;
Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
Xarici dil biliyi (İngilis dili) mütləqdir;
Komunikasiya qabiliyyətinin yüksək olması;
Komanda ilə işləmək bacarığı.


Layihələrin maliyyələşdirilməsi və aqro kreditlərlə iş şöbəsinin mütəxəssisi
 Son tarix 27 apr 2024 Müraciət et
Təsvir:

Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
Bankın əməliyyat sistemində işlərin aparılması;
Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
Bankın filiallarına şöbənin fəaliyyət istiqamətinə uyğun kredit sifarişi ilə müraciət edən sahibkarlıq subyektlərinin kredit məhsullarından, o cümlədən, Bankın əməkdaşlıq etdiyi Fondların maliyyələşdirdiyi güzəştli kreditlərdən istifadəsinin əlçatanlığını təmin etmək, müraciətlərin operativ və keyfiyyətli formada təhlil olunaraq rəsmiləşdirilməsinə dəstək olmaq;
Layihə maliyyələşdirilməsi kreditlərinin, o cümlədən yeni və ya mövcud layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Biznes və aqrar kreditlər üzrə), Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və Kənd təsərrüfatı kredit məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
Fondların və Bankın vəsaiti hesabına maliyyələşdirilmış kreditlər üzrə monitorinqlərin keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
Zərurət yarandıqda Banka kredit sifarişi edən müştərilərlə görüşlər keçirmək;
Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.

Tələblər:

İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
Layihə maliyyələşdirilməsi kreditləri, kənd təsərrüfatı və aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.


Risk metodologiyası və hesabatlılıq şöbəsinin böyük/baş mütəxəssisi
 Son tarix 27 apr 2024 Müraciət et
Təsvir:

Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
Bankın məhsul və xidmətlərinin təhlili;
Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.

Tələblər:

Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
İngilis dili biliyi mütləqdir;
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
BI və Data analitika bilikləri;
Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Analitik düşünmə və tədqiqat bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.


Problemli Kreditlərin Təqibi üzrə Regional Təmsilçisi (Xaçmaz)
 Son tarix 27 apr 2024 Müraciət et
Təsvir:

Problemli Kredit portfelində olan müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi, girov predmetinə, eləcə də müştərinin biznesinə baxışın keçirilməsi;
Problemli Kredit portfelində olan müştərilərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi, zəruri olduqda yazışmaların aparılması;
Bankın balansında olan, eləcə də onun törəmə cəmiyyətlərinin mülkiyyətində olan əmlakların vaxtaşırı monitorinqinin, satışının və icarəsinin həyata keçirilməsi ilə bağlı müvafiq işlərin aparılması. 

Tələblər:

Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 1-2 illik iş təcrübəsi;
Yaxşı səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

phrase_var_article.chosen
158
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close