AZ

“Qalaalti Hotel & Spa” işçi axtarır

Qalaalti Hotel & Spa
Satış üzrə menecer
Son tarix 27 apr 2024 – [email protected]
Struktur: Satış şöbəsi
Tabeçilik: Baş satış meneceri/Baş direktor
İş yeri: Bakı şəhəri , Neftçilər prospekti 153
Əsas vəzifə öhdəlikləri:

Satışın inkişafı üzrə direktor müavinini bütün şöbə fəaliyyətlərində dəstəkləmək və onu əvəz edə bilmək.
Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “PMD Hospitality Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək.
Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, göstərişlərin və müqavilələrin hazırlanması, daimi bron yerləri və s. kimi məsələləri əlaqələndirmək və dəstəkləmək.
Təklif və müqavilələri tələb olunduğu şəkildə işləmək
Müştərilərlə əlaqə saxlamaq
Müqavilələrin nəticələrini işləmək və daxili kanallar vasitəsi ilə yaymaq.
Sahə yoxlamalarında, tanışlıq turlarında, ticarət sərgilərində və lazım gələndə Satış meneceri olmadıqda otel çərçivəsində onun fuksiyasını həyata keçirilməsində iştirak etmək
Satış komandası daxilində, eləcə də və “Food & Beverage”, “Guest Services” şöbəsinin işçiləri arasında effektiv komanda üzvü olmaq
Ezamiyyələrə açıq olmaq.
Tələb olunarsa, öz üzərinə əlavə vəzifə və öhdəliklər götürməyə hazır olmaq

Namizəd üçün tələblər:

Ali təhsil
Oteldə və turizm sahəsində satış təcrübəsi .
Azərbaycan və Rus dillərini yaxşı bilmək, İngilis dili arzuolunandır.
MS Office (Word, Excell) yaxşı bilmək.
Müştəri yönümlülük və güclü ünsiyyət bacarıqları.
Effektiv təqdimat bacarığı.
Əməkdaşlıq və komandada işləmək bacarıqları.

Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində satış üzrə menecer qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə bazamızda saxlanılır.

phrase_var_article.chosen
163
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close