AZ

“Azelektromaş”ın xalis mənfəəti 13% azalıb - HESABAT

“Azelektromaş” ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ASC ötən ili 422,5 min manat xalis mənfəətlə başa vurub. Lakin 2022-ci illə müqayisədə şirkətin xalis mənfəəti 62 min manat və ya 13% azalıb.

Hesabat dövründə ASC 105,6 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 15,5 min manat, başqa sözlə 13% azdır.

Ötən il “Azelektromaş” ASC-nin əsas əməliyyat gəlirləri 3 milyon 258 min manat, əməliyyat mənfəəti isə 528 min manat təşkil edib. Gəlirlər illik 80 min manat (2,5%) artsa da, mənfəət 78 min manat (13%) aşağı düşüb.

Bu dövrdə şirkətin istifadə edilmiş material ehtiyatları 1 milyon 577 min manat, işçi heyəti üzrə xərcləri 231 min manat, amortizasiya xərcləri 12,5 min manat, digər əməliyyat xərcləri 871,5 min manat, sair əməliyyat xərcləri isə 38 min manat təşkil edib.

2022-ci ilin sonu ilə müqayisədə istifadə edilmiş material ehtiyatları 51 min manat (3%) azalıb, işçi heyəti üzrə xərcləri 88 min manat (62%), amortizasiya xərcləri 1,5 min manat (14%), digər əməliyyat xərcləri 116,5 min manat (15%), sair əməliyyat xərcləri isə 2 min manat (6%) artıb.

“Azelektromaş” ASC 2023-cü ilin sonunda 2 milyon 215 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 43 min manat (2%) artıb.

Şirkətin öhdəlikləri 172 min manat və ya 12% azalaraq 1 milyon 271 min manata düşüb.

Balans kapitalı isə 215 min manat və ya 30% artaraq 944 min manata, bölüşdürülməmiş mənfəətin həcmi isə eyni həcmdə artaraq 940 min manata yüksəlib.

Ödənilmiş nominal (nizamnamə) kapitalı isə dəyişməyərək 4 min manat olaraq qalıb .

phrase_var_article.chosen
96
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close