AZ

“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq – VİDEO

“Tesla” müştərilərinə elektrikli nəqliyyat vasitələrinə quraşdırılmış sürücüyə yardım sistemlərinin imkanlarını göstərmək üçün daha çox vaxt ayıracaq.

KONKRET.az xəbər verir ki, şirkətin rəhbəri İlon Mask dilerlərə “Full Self-Driving” (FSD) avtonom idarəetmə sisteminin imkanlarını nümayiş etdirməyi əmr edib. Maskın sözlərinə görə, müştərinin FSD-ni yol şəraitində sınaması üçün işçilər müştəri ilə birlikdə avtomobili sürərkən bu funksiyadan istifadə etməlidrlər.

“Tesla”nın rəhbəri vurğulayıb ki, demək olar ki, heç bir istehlakçı şərti olaraq avtopilot adlanan sürücüyə təkmilləşdirilimiş yardım sisteminin nə qədər yaxşı işlədiyini başa düşmür. Mask bu cür nümayiş attraksionlarının vaxt aparacağını qeyd edib, lakin bunun məcburi tələb olduğunu bildirib.Oxu.az

phrase_var_article.chosen
147
14
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close