AZ

Qaya parçaları yola düşdü: texnika cəlb edildi - Foto

Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin mətbuat xidməti məlumat yayıb.

Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

phrase_var_article.chosen
34
10
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close