AZ

Stomatoloq, yoxsa ölüm mələyi?

Diş həkiminin qəbuluna getmək bütün dövrlərdə xəstələr üçün qorxulu olub. İndi qeyri – peşəkar həkimlərin çoxalması qorxmayanların da ürəyinə vəlvələ salıb.

Bəs yaxşı, insanlar sağlamlıqlarını stomotoloqa necə etibar etsinlər? Ümumiyyətlə pasiyentlər stomatoloqa gedərkən nəyə diqqət etməlidirlər?

Pasient sterilizator və paketləmə qurğusunun olub-olmadığına da fikir verməlidir. Steril olmayan şəraitdə dişin çıxarılması kimi prosedular zamanı QİÇS-dən əlavə bir çox digər təhlükəli infeksiylalara, o cümlədən hepatitlərə yoluxma riski çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında VİÇ və “Hepatit C” xəstəliklərinin yayılma səbəbləri arasında stomatoloji xidmətlər də qeyd olunub. Ammma bu gün ölkəmizdə olan bu sahədəki boşluqdan qeyri -peşəkarlar istifadə edir.
Məhz bunun nəticəsidir ki, son illər stomatoloqlardan gələn şikayətlərin sayı hesabı bitmir. Artıq hər kəsə bəllidir ki, bu sahə nəzarətdən kənar olduğu üçün 1-3 aylıq kursları bitirənlər belə stomatoloji kabinet açaraq fəaliyyət göstərə bilirlər. Heç kimə gizlin deyil ki, bu kabinetlərin açılması hansı şərtlər əsasında baş tutur. Səhiyyə Nazirliyindəki bəzi işbazlar birbaşa olaraq stomatoloqlarla iş birliyinə gedərək onlara yaşıl işıq yandırırlar.  Bu gün ən çox şikayət olanan klinikalardan biri də  Nərimanovda yerləşən “Hi Fi “estetik mərkəzidir.Şikayətçilər iddia edir ki, Gürcüstanda hansısa univeristeti bitirən və bu klinikanın sahibi olan Axverdiyev Anar Nizami oglu xəstələri sosial şəbəkə vasitəsilə tələyə salır. Şikayətçilər iddia edir ki, klinikanın sahibi olan bu həkim əslində qurtardığı universitetin  diplomunu Azərbaycanda qeydiyyata saldıra bilməyib. Bütün bunlara baxmayaraq Anar Axverdiyev  klinika açmağı bacarıb. Sosial şəbəkələrdə bir neçə səhifə yaradan bu fərasətli həkim xəstələrini tələyə salmaqla məşğuldur. İddialara görə doğru-düzgün tibbi təhsili olmayan Anar Axverdiyev   kimlərinsə himayəsi ilə bu işləri həyata keçirir. Səhiyyəmizdəki boşluqdan məharətlə istifadə edən Anar Axverdiyev  bu gün bu sferada sözün əsl mənasında at oynadır. Deyilənə görə həkim öz də at həvəskarıdır. “Ölüm mələyinə” çevrilən  Anar Axverdiyev   yəqin kimi  1941-45-ci illərdə  “Ölüm mələyi” ləqəbini qazanmış alman həkim Josef Mengele həyat tarixçəsindən xəbərsiz deyil. Dünyanın ən qəddar həkimlərindən biri Josef Mengele də,Anar Axverdiyev kimi xəstələr üzərində təcrübə aparırdı. Yəqin ki, tezliklə əlaqədar qurumlar  Anar Axverdiyev və onun klinikası barədə ölçü götürəcək.

 

phrase_var_article.chosen
89
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close