AZ

Xanım İsmayılqızının yaradıcılıq gecəsi keçiriləcək

4 iyun tarixində  Heydər Əliyev Sarayında şair, bəstəkar Xanım İsmayılqızının \"Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.
 
AZXEBER.COM xəbər verir ki, gecədə bəstəkarın\"Unut məni”, \"Ağla\", \"Sən nə biləsən\", \"Ayrılıq beləmi olur”, \"Qəm qalası\", \"İndi sənsiz”, \"Onun xəstəsiyəm”, \"Sən Qalibsən” kimi sevilən mahnılarını Azərbaycan estradasının ulduzları ifa edəcəklər.
 
Dillər əzbəri olan bəstələr şou-biznesin tanınan simaları Faiq Ağayev, Röya, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov, Mətanət İsgəndərli, Abbas Bağırov, Lalə Məmmədova, Rəşad İlyasov, Bəyimxanım Vəliyeva, Cahangir Qurbanov, Elnarə Xəlilova, Zamiq Hüseynov, Nuri Sərinləndirici, Dilarə Kazımova, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Samir Piriyev, Pərviz Abdullayev, Ayşən Mehdiyeva, Leyla Babayeva, Səidə Sultan, Ayan Babakişiyeva, Orxan Bağırov, Nəsimi Məmmədovun ifalarında səslənəcək.

Leyla Quliyevanın aparıcısı olduğu gecədə o cümlədən qiraətçilər Kamran Ağabalayev və Kamal Yaşar da İsmayılqızının şeirlərini səsləndirəcəklər.

Aysel




Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla