AZ

Crocus-da insanları xilas edən Emil: "Təsadüfən həmin gün.." - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb.

Milli.Az xəbər verir ki, "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:

"Fikirləşirdim ki, güllə dəysə, mən nə dərəcədə ağrı hiss edəcəyəm. Sonra o düşüncəni ağlımdan çıxardım. Zalda bizdən daha pis vəziyyətdə qalan insanlara görə narahat olmağa başladım. Bacardığım qədər orada olanlara kömək etməyə çalışdım".

Emilin anası açıqlamasında qeyd edib ki, oğlu ona zəng vuraraq hər şeyin qaydasında olduğunu deyib:

"Mən xəbərləri görməmişdim. Gecə saat birə qədər dostunu axtardıq. Şükür ki, sonunda tapıldı. Təsadüfən həmin gün telefonu üstündə olub. Amma adətən telefonunu kənara qoyurdu".

Ətraflı süjetdə:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
148
13
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close