AZ

Xankəndidə xeyli silah-sursat tapıldı

Martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

10:03

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
2
Mənbələr
Şərh ()
Bağla