AZ

Ukraynanın dövlət borcu 50 milyard dollar artaraq 143,7 milyard dollara çatıb

Ukraynanın xarici valyuta ekvivalentində dövlət borcu iki il ərzində 50 milyard dollar artıb və bu tendensiya hərbi əməliyyatlar bitənə qədər davam edəcək.

Bu barədə Ali Radanın Maliyyə Komitəsinin sədri Daniil Getmantsev Telegram kanalında Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat verib.

Fevralın 29-na olan məlumata görə, dövlət borcu 490,1 milyard qrivna və ya xarici valyuta ekvivalentində 143,7 milyard dollar təşkil edib. Bunun 69,7 faizi xarici borcun payına düşür. Bununla yanaşı, ilin ilk iki ayında qrivnada borc 0,5%, xarici valyutada isə 1,1% azalıb. Getmantsevin sözlərinə görə, bu, böyük xarici borcların olmaması və məzənnənin dəyişməsi ilə izah olunur.

phrase_var_article.chosen
48
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close