AZ

Əli Nağıyev: “Ötən il 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib”

“Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidmətində müxtəlif istiqamətləri əhatə edən sahələr üzrə əldə olunan bir sıra uğurlu nəticələrə xüsusi toxunmaq istərdim”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev bildirib.

“Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilmişdir”, – DTX rəisi əlavə edib.

phrase_var_article.chosen
141
14
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close