AZ

Bu ölkədə Rusiya casus şəbəkəsi ifşa edildi, həyəcan təbili çalındı

Rusiya tərəfindən maliyyələşdirilən Praqada yerləşən \"Avropanın səsi” xəbər saytının Avropa İttifaqının (Aİ) və ölkəsinin təhlükəsizliyinə qarşı ciddi fəaliyyətlə məşğul olması Çex kəşfiyyatı tərəfindən müəyyən edilib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Nazirin sözlərindən dərhal sonra mövcud halla əlaqədar Çex Təhlükəsizlik İnformasiya Xidməti (BIS) sosial media hesabında məlumat paylaşaraq əhalini diqqətli olmağa çağırıb.

Fiala sözügedən xəbər saytını \"təbliğat şəbəkəsi” olaraq xarakterizə edərək təşkilatın AB daxilində Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı fəaliyyətlə məşğul olduğunu bildirib.

Fiala xəbər saytının AB-nin Rusiyaya qarşı Ukrayna ordusuna yardım etməməsi ilə bağlı məzmun hazırladığını, lakin daha ətraflı məlumat paylaşmadığını bildirib.

Həmçinin Baş nazir bildirib ki, bu hadisələrin ardınca rusiyalı siyasətçi və iş adamı Viktor Medvedçuk, siyasətçi və media maqnatı Artyom Marchevski, eləcə də \"Avropanın Səsi” xəbər saytı sanksiya siyahısına daxil edilib.
 
Mikayıl
Seçilən
58
49
Mənbələr
Şərh ()
Bağla