AZ

Putindən F-16-larla bağlı XƏBƏRDARLIQ: "Vuracayıq"

\"Ukrayna F-16-ları üçüncü ölkələrin hava limanlarında qanuni hədəfimiz olacaq\".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində ordu aviasiya təlim mərkəzinə baş çəkərkən deyib.

Dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın Su-34 bombardmançı, Su-30 və Su-57 yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı iş gördüyünü qeyd edib.

Qərb ölkələrinin Ukraynaya F-16 döyüş təyyarələri vermə planı və ukraynalı pilotların yetişdirilməsi ilə bağlı qiymətləndirmələr edən Putin, \"Bu, münaqişə bölgəsində heç nəyi dəyişməyəcək. Biz bu gün tankları, zirehli texnikanı və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi (F-16 model) təyyarələri də məhv edəcəyik”, - o deyib.

F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğuna diqqət çəkən Putin bu təyyarələrlə döyüşərkən bunu nəzərə alacaqlarını bildirib.

Ukraynaya veriləcək bu təyyarələrin NATO hava limanlarından istifadə ediləcəyi təqdirdə nə ediləcəyinə aydınlıq gətirən Putin \"Təbii ki, bu təyyarələr üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada olurlarsa olsunlar bizim üçün qanuni hədəfə çevriləcəklər\" - deyə xəbərdarlıq edib.
 
Putin ABŞ-ın müdafiə xərclərinin Rusiyadan çox olduğuna diqqət çəkərək, Rusiyanın NATO ilə döyüşməyi planlaşdırdığı iddialarının absurd olduğunu bildirib.

Putin Rusiyanın Baltikyanı ölkələrə və Polşaya mümkün hücumunu da \"cəfəngiyyat” adlandırıb.

Mikayıl
Seçilən
22
49
Mənbələr
Şərh ()
Bağla