AZ

İndoneziyadan radikal qərar - Paytaxt adaya köçürülür

Dünən İndoneziya parlamenti paytaxtın Cakartadan Borneo adasına köçürülməsini təsdiqləyib və Cakartaya xüsusi status verəcək təklifi qəbul edib.

AZXEBER.COM xaroco mətbuata istinadən xəbər verir ki, əhalisi 11 milyonu keçən Cakarta hər il 25 santimetr çökür və yaxın gələcəkdə şəhərin əhəmiyyətli hissəsinin su altında qala biləcəyi bildirilir. Son illərdə əhalisi sürətlə artan Cakartada planlaşdırılmamış urbanizasiya və nəqliyyat sıxlığı ciddi problemlər yaradır.

Prezident Coko Vidodo, mərkəzdə toplanan rifahı bütün ölkəyə yaymaq üçün paytaxtın köçürüləcəyini açıqlayıb.
 
Yeni plana əsasən, Cakarta və ətraf rayonlar üçün yeni inkişaf proqramını hazırlamaq üçün şura yaradılacaq. Cakarta biznes və şirkətlərin mərkəzi olmağa davam edəcək.

Bataqlıqda tikildiyi üçün sürətlə çökən paytaxt Cakarta ölkənin \"iqtisadi mərkəzi\" elan edilərkən, Borneo adasındakı yeni paytaxt Nusantaranın yenidən qurulmasının təxminən 32 milyard dollara başa gələcəyi gözlənilir. Yeni paytaxt \"ekoloji cəhətdən təmiz və yaşıl şəhər\" kimi dizayn edilib.
 
Gülay
phrase_var_article.chosen
24
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close