AZ

“Liverpul”un baş məşqçi postuna daha bir namizəd

“Liverpul”un baş məşqçi postunu tutmağa daha bir namizəd müəyyənləşib. Həm də Ruben Amorimin şansı digərləri ilə müqayisədə daha yüksək qiymətləndirilir.

Futbolinfo.az xəbər verir ki, “Sportinq”ə uğurla rəhbərlik edən 39 yaşlı mütəxəssis mövsümün sonunda iş yerini dəyişmək istəyir. Onun məhz İngiltərəyə yollanacağı deyilir.

Daha öncə “Braqa”ya da rəhbərlik etmiş portuqaliyalı çalışdırıcı 2020-ci ilin martından Lissabon klubundadır. Onun müqaviləsi 2026-cı ilin yayında bitsə də, “Liverpul”a görə məhz indi iş yerini dəyişməsi realdır.

Xatırladaq ki, Yürgen Klopp mövsüm bitən kimi “Liverpul”u tərk edəcəyini açıqlayıb. Roberto de Zerbi və Xabi Alonso ona xələf olmağa əsas namizədlər ayılırdı. İndi isə Amorim bir addım öndə görünür.

Seçilən
160
7
Mənbələr
Şərh ()
Bağla