AZ

Riçarlison özünü öldürmək istəyirmiş

Son Dünya Çempionatı ilə erkən vidalaşmaq Riçarlisonu az qala dəli edəcəkmiş. Braziliya millisinin üzvü Qətərdəki yarışda məğlubiyyətə görə uzun müddət stress keçirib.

Futbolinfo.az xəbər verir ki, “Tottenhem”in hücumçusu bu səbəbdən klubda da işlərinin qaydasında getmədiyini etiraf edib: “Mundialda oynamaq xəyalım idi. Hər bir braziliyalı kimi bunu arzulayırdım və nail olmuşdum. Amma elə bur vaxtda məğlub olduq ki, bütün psixologiyam pozuldu. Mənim üçün dəhşətli zərbə idi. Özümə gəlmək üçün aylar lazım oldu. Bu, klub karyerama da mənfi təsir etdi, toparlana bilmirdim”.

Riçarlison həmin vaxtlar depressiya keçirirmiş: “Özümü öldürmək həddində idim. Hətta bir an özümü öldürmək istədim. Hər nə qədər güclü görünsəm də, Dünya Çempionatından sonra hər şey bitmiş, dağılmış kimi görünürdü”.

Braziliyalı vəziyyətdən çıxmaq üçün yardıma ehtiyac duyub: “Terapiya köməyimə çatdı, psixoloq məni xilas etdi. Ona kimi ağılasığmaz şeylər düşünürdüm. İnternetdə axtarış verir, axmaq şeylər axtarırdım. Ölümlə bağlı müxtəlif variantları nəzərdən keçirirdim. Həkim sayəsində özümə gəldim”.

phrase_var_article.chosen
22
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close