AZ

“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”

“Xocalıda Şəhidlər Xiyabanının salınması təqdirəlayqidir. Bu, şəhidlərimizin, qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, erməni vəhşiliyinin unudulmaması baxımından da önəmli addımdır”.

 

Bunu Moderator.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O, qeyd edib ki, Xocalıda xalqımıza qarşı törədilən soyırımını özündə əks etdirən çoxlu abidələr ucaldılmalı, erməni vəhşiliyinin hər addımda xatırlanması üçün daha çox iş görülməlidir:

 

“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir. Çünki ermənilər Xocalıda çox böyük vəhşiliklərə, insan ağlına sığmayan cinayətlərə, soyqırımına yol veriblər. Biz bu cinayətlərin ifşasını bundan sonra da diqqət mərkəzində saxlamalı, Xocalıda şəhid olan vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək üçün daha çox iş görməliyik.

 

Hesab edirəm ki, Xocalının hər yerində xalqımızın başına gətirilən soyqırımı əks etdirən abidələr qoyulmalı, onun mərkəzində isə nəhəng soyqırım kompleksi inşa edilməlidir. Gələcək nəsillər də bilməlidir ki, erməni faşizmi xalqımıza qarşı necə böyük və amansız cinayətlərə imza atıb, insanlığa qarşı necə dəhşətli vəhşiliklər törədib”.

 

Seymur ƏLİYEV

 

phrase_var_article.chosen
70
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close