AZ

Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (yanvar proqnozu: 5,3%) sabit saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır:

“Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu il illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var", - deyə AMB bəyan edub.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin fevralında 12 aylıq inflyasiya 0,8%, 12 aylıq baza inflyasiya isə 1,4% təşkil edib. İllik ərzaq deflyasiyası 0,3%, qeyri-ərzaq inflyasiyası 1,4%, xidmətlər inflyasiyası isə 2,3% olub.”- deyə AMB vurğulayıb.

Bizim.Media
 

phrase_var_article.chosen
21
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close