AZ

Qazaxda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLIYIR

Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovu bacısının gözü qarşısında öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı yekunlaşıb.

 

Bu barədə Sfera.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, ibtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
79
29
Mənbələr
Şərh ()
Bağla