AZ

Paşinyan: "Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” tanımır"

Ermənistan mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökumətini” tanımır.

 

Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.

 

O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

 

“Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Lazım gələrsə, müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

 

N.Paşinyanın sözlərinə görə, belə acıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

 

Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şaxramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.

Seçilən
81
50
Mənbələr
Şərh ()
Bağla