AZ

Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - YENİLƏNİB - FOTO

11:21

Martın 28-də saat 08:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 1997-ci il təvəllüdlü (kişi cinsli) 1 nəfər sol körpücük sümüyünün yerdəyişən sınığı, qasıq nahiyəsinin sıyrılmış yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıya zəruri ilkin tibbi yardım göstərilib, müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

--------

10:27


Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər.

"Mercedes"-in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

---------

09:27


Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla