AZ

Mayda Ağdamda ilk dəmir yolu avadanlıqlarının istehsalı zavodu açılacaq

“Azərbaycanda dəmir yolu avadanlıqları istehsal edəcək ilk zavodun bu ilin may ayında açılması nəzərdə tutulur”.

Bunu “Azərbaycan iqtisadiyyatı” “Telegram” kanalına “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.

N.İbadovanın sözlərinə görə, Ağdam Sənaye Parkında tikilən zavod açıldıqdan dərhal sonra məhsul istehsalına başlanılacaq:

“Məhsullar, ilkin olaraq, daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bir müddət sonra isə MDB ölkələrinə məhsul ixrac ediləcək”. 

N.İbadova bildirib ki, mayın əvvəlində zavodun 3 korpusu - yığım, istehsal və yataqxana korpusları açılacaq:

“Layihənin investisiya dəyəri 5,7 milyon manatdır. Zavodda 43 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsala başlanıldıqdan sonra bu sayın artırılması da mümkündür”.

Xatırladaq ki, “Rail Trans Service” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə idxala ehtiyac qalmayacaq.

Seçilən
122
2
Mənbələr
Şərh ()
Bağla