AZ

Amazon-dan Anthropic-ə əlavə investisiya

ABŞ-ın e-ticarət nəhəngi “Amazon” süni intellekt şirkəti Anthropic-ə daha 2,75 milyard dollar sərmayə qoyub və şirkətə ümumi investisiyasını 4 milyard dollara çatdırıb.

Fins.az xəbər verir ki, Amazon tərəfindən edilən açıqlamada Anthropic ilə qabaqcıl məhsuldar süni intellekt sahəsində strateji əməkdaşlıq haqqında məlumat verilib.

Anthropic-in Claude 3 model ailəsinin bu ayın əvvəlində açıqlandığını xatırladaraq, modelin qabaqcıl zəka, insana bənzər reaksiya səviyyələri, inkişaf etmiş yönləndirmə, dəqiqlik və yeni görmə qabiliyyətləri nümayiş etdirdiyi ifadə edildi.

Bəyanatda iddia edilir ki, sənaye meyarlarına görə, model ailəsinin ən ağıllısı olan Claude 3 Opus, əsaslandırma, riyaziyyat və kodlaşdırmada OpenAI-nin GPT-4 də daxil olmaqla, digər mövcud modelləri üstələməklə yeni standart müəyyən edir. 

Açıqlamada, məhsuldar süni intellektin inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirildiyi, keçən ilin sentyabrında Anthropic-ə 1,25 milyard dollarlıq ilkin sərmayə qoyulmasından sonra bu gün 2,75 milyard dollarlıq əlavə sərmayə qoyularaq, ümumi sərmayənin artdığı bildirilib. 

Günel Məlikzadə
Fins.az

 

phrase_var_article.chosen
146
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close