AZ

Çin banklarında böhran

Çində daşınmaz əmlak böhranı ölkənin iri banklarının balanslarına mənfi təsir göstərir. Bank of Communications (Bocom), 2022-ci ilin sonunda 2,8% olan problemli kredit faizinin keçən ilin sonunda 4,99%-a yüksəldiyini açıqladı.

Fins.az xəbər verir ki, Çin Sənaye və Ticarət Bankı (ICBC), ipoteka kreditlərində problemli kredit faizinin 27,8 milyard yuanla 9,6% artdığını açıqladı. ICBC həmçinin kommersiya krediti seqmentində daşınmaz əmlakla bağlı problemli kreditlərin bütün sektorlar arasında ən yüksək səviyyədə olduğunu açıqlayıb. Cümə axşamı günü iki bankın səhmləri ucuzlaşıb.

Honq Konq ticarətində Bocom səhmləri 4,9 faizə qədər, ICBC səhmləri isə 2,5 faizə qədər itirdi. Çində ev qiymətlərindəki eniş fevral ayında həm yeni, həm də ikinci əl seqmentlərdə dərinləşərək bazarı canlandırmağın asan olmayacağını göstərdi. İki bankın menecerləri riskin idarə oluna biləcəyinə diqqət çəkiblər.

ICBC-nin vitse-prezidenti Wang Jingwu, bankının daşınmaz əmlak istehsalçıları və onların layihələri ilə bağlı riskləri idarə etmək üçün səylərini artırdığını açıqladı. Bocom vitse-prezidenti Yin Jiuyong daşınmaz əmlak risklərinin ümumiyyətlə idarə edilə bilən səviyyədə olduğunu söylədi.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
140
1
Mənbələr
Şərh ()
Bağla