AZ

Bu ali məktəblərin diplomlarının tanınması həyata keçirilmir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasınmasındakı vacib məqamla bağlı çağırış edib.

TKTA-dan KONKRET.az-a verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir.

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.

phrase_var_article.chosen
132
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close