AZ

"Rusiyanın köməyinə ehtiyacımız yoxdur" - Ekspert

"Rusiyanın əlində olan xəritələrə, Kremlin hansısa köməyinə ehtiyacımız yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikri şərh edərkən deyib.

"Burada dərin məna axtarmaq düzgün deyil. Rusiya istəyir ki, həmin prosesdə bu və ya digər şəkildə iştirak etsin. Amma kimi dəvət edib-etməmək, yaxud hansı materiallardan istifadə edib-etməmək tərəflərin suveren hüquqlarıdır. Görünən odur ki, hazırda Rusiyanın xəritələrinə, yaxud da başqa hansısa köməyinə ehtiyac yoxdur. Ona görə də bu məsələdə Moskvaya müraciət olunmur. Rusiya rəsmisi bu məsələdə başqa cür danışa da bilməz. Çünki Zaxarova öz ölkəsinin maraqlarını güdür. Qərb də prosesə bu və ya digər şəkildə müdaxilə etmək istəyir", deyə İlqar Vəlizadə bildirib.
 


Ekspert vurğulayıb ki, bütün bunlara baxmayaraq, proses ikitərəfli şəkildə, Azərbaycan və Ermənistan komissiyaları çərçivəsində aparılır:

"Ona görə prosesdə Qərbin də iştirakına ehtiyac duyulmur".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə anklav kəndlərin qaytarılmasını Ermənistan-Azərbaycan ikitərəfli komissiyasının həll etməli olduğunu deyib:

"Anklavların qaytarılması və dəyişdirilməsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq. Bənzər prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasına da şamil edilir". 

Rüfət Sultan

Seçilən
16
12
Mənbələr
Şərh ()
Bağla